Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Londonun "Çelsi" futbol klubu qış transfer dövründə "Bavariya"nın forvardı Mario Qomeslə güclənmək niyyətindədir.
Trend-in çərşənbə günü xarici KİV-ə istinadən verdiyi məlumata görə, Roman Abramoviçin komandası münhenlilərə Qomesə görə 65 milyon dollar ödəməyə hazırdır.
Qeyd edək ki, Qomes zədəsini təzəlikcə sağaldıb.
"Çelsi", həmçinin "Atletiko Madrid"in kolumbiyalı hücumçusu Radamel Falkaonu sıralarına qatmaq niyyətindədir.