...

Qvardiola "Mançester Siti"yə gedir

İdman Materials 30 Noyabr 2012 16:51 (UTC +04:00)
İspan mütəxəssis Xosep Qvardiola İngiltərənin "Mançester Siti" futbol klubu ilə artıq ilkin saziş imzalayıb.
Qvardiola "Mançester Siti"yə gedir

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

İspan mütəxəssis Xosep Qvardiola İngiltərənin "Mançester Siti" futbol klubu ilə artıq ilkin saziş imzalayıb. Trend xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə FIFA agenti Fransua Qalyardo bəyan edib.

"Qvardiola "Mançester Siti" ilə ilkin saziş imzalayıb. Artıq "Milan"ın və ya digər klubların ona nə kimi təkliflər edəcəyi əhəmiyyətli deyil", - Qalyardo deyib.

O, həmçinin qeyd edib ki, Qvardiolanın əldə etmək istədiyi ilk futbolçu "Barselona"nın qapıçısı Viktor Valdes ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti