...

Hövsanda kamandan oxatma üzrə Federasiya Kuboku keçiriləcək

İdman Materials 4 Dekabr 2012 17:16 (UTC +04:00)
Dekabrın 6-dan 8-dək Hövsan Olimpiya İdman Kompleksində örtülü salonda kamandan oxatma üzrə Federasiya Kuboku yarışı keçiriləcək.
Hövsanda kamandan oxatma üzrə Federasiya Kuboku keçiriləcək

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Dekabrın 6-dan 8-dək Hövsan Olimpiya İdman Kompleksində örtülü salonda kamandan oxatma üzrə Federasiya Kuboku yarışı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirin təşkilində əsas məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək oxatanları aşkar etməkdir.

Nazirlik və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, İran, Gürcüstan və Rusiya oxatanları da mübarizə aparacaqlar.

Dekabrın 7-də saat 10:00-da Hövsan Olimpiya Kompleksində yarışların açılış mərasimi keçiriləcək. Federasiya Kubokuna dekabrın 8-də saat 12:00-da başlanacaq final mərhələsi ilə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti