...

Rusiya Avropa Oyunlarının keçirilməsini dəstəkləyir

İdman Materials 10 Dekabr 2012 13:34 (UTC +04:00)
Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Avropa Oyunlarının keçirilməsinə dəstək nitqi ilə çıxış edib.
Rusiya Avropa Oyunlarının keçirilməsini dəstəkləyir

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Avropa Oyunlarının keçirilməsinə dəstək nitqi ilə çıxış edib. Jukov Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Assambleyasında iştirak edib. Bu barədə Trend bazar ertəsi "İnterfaks"a istinadən məlumat verir.

"Avropa Oyunlarının təşkil edilməsi ideyası xeyli müddət gündəmdə olub. Bu oyunlar şübhəsiz qitəmizdə idmanın inkişafına yeni təkan verəcək. Rusiya Olimpiya Komitəsi tarixdə ilk dəfə Avropa Oyunlarına uğurla hazırlaşmağı və keçirməyi təmin etmək üçün Azərbaycan Olimpiya Komitəsi ilə sıx əməkdaşlığa hazırdır", - Jukov qeyd edib.

Avropa Oyunlarının Panamerikan və Panasiya Oyunları kimi hər dörd ildən bir Avropada keçirilməsi gözlənilir.

İlk Avropa Oyunları 2015-ci ilin iyununda Bakıda keçirilməlidir. Oyunlarda iştirakçıların sayının 7 min nəfər olacağı təxmin edilir. Onlar 17 idman növündə (15 olimpiya və 2 qeyri-olimpiya növü) mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti