...

AFFA-nın I vitse-prezidenti: İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisidir

İdman Materials 11 Dekabr 2012 17:08 (UTC +04:00)
İlk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar Azərbaycan dövləti, xalqı üçün böyük bir hadisədir.
AFFA-nın I vitse-prezidenti: İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisidir

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Mehdiyev/

İlk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar Azərbaycan dövləti, xalqı üçün böyük bir hadisədir. Bu barədə Trend-ə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

"Mən bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevi, Azərbaycan xalqını təbrik edirəm. Bu qərar Azərbaycan üçün çox vacibdir. Birincisi, bu onu göstərdi ki, Azərbaycanın beynəlxalq aləmdə imici çox möhkəmdir, ikincisi, Azərbaycan həqiqətən də böyük idman ölkəsidir. Baxın, Azərbaycanda nə qədər Avropa, dünya çempionatları təşkil edilib, "Eurovision" mahnı müsabiqəsi keçirilib. Bütün bu böyük tədbirlər Azərbaycanda yüksək səviyyədə təşkil olunub", - Əliyev bildirib.

Onun sözlərinə görə, birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi şansının Azərbaycana verilməsi ölkəyə göstərilən böyük etimadın nəticəsidir. Bu oyunlardan Azərbaycan çox şey qazanacaq.

Əliyev qeyd edib ki, bununla Azərbaycan bir daha özünü idman ölkəsi kimi təsdiq etdi. "Bu gün görülən işlər davam etdiriləcək, yeni-yeni qurğular tikiləcək. Hesab edirəm ki, birinci Avropa Olimpiya Oyunları Azərbaycan üçün böyük bir tarixdir. Hamımız bunu alqışlamalıyıq və hər birimiz kömək etməliyik ki, Avropa Olimpiya Oyunları yüksək səviyyədə keçsin", - millət vəkili deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti