...

Böyüklər arasında güləş üzrə Azərbaycan çempionatının ilk günün nəticələri bilindi (FOTO)

İdman Materials 18 Dekabr 2012 22:07 (UTC +04:00)
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib.
Böyüklər arasında güləş üzrə Azərbaycan çempionatının ilk günün nəticələri bilindi (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çempionatın təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi idmançılarımız bu il XXX London Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanmışlar. Mötəbər yarışda qazanılan 10 medaldan 7-si məhz güləşçilərimizin payına düşür.

Cəfərov bildirib ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə idmanın inkişafına dövlət qayğısının dəfələrlə artırılması sayəsində güləşçilərimiz beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyə başlayıb.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Təqvimə əsasən bu gün yunan-Roma gülәşçiləri mübarizə aparıblar və 55, 66, 84 vә 120 kq çәkidә qaliblər bəlli olub.

55 kq
1. Orxan Әhmәdov (Lokomotiv)
2. Eldәniz Әzizli (Neftçi İSM)
3. Sakit Quliyev (Neftçi İSM)
3. Qasım Mәhәmmәdov (İnter)

66 kq
1. Azad Әliyev (İnter)
2. Qadir Süleymanov (Abşeron, Neftçi İSM)
3. Elçin Hәsәnov (Neftçi İSM)
3. Rәsul Çunayev - (Balakәn, Neftçi İSM)

84 kq
1. Rafiq Hüseynov (DİN İC)
2. Mate Savadze (Atasport)
3. Soltan İsmayılov (MOİK)
3. Fuad Әliyev (Neftçi İSM)

120 kq
1. Maksim Proxorov (Atasport)
2. Zaur Mehrәliyev (İnter)
3. Abbas Abdullayev (Atasport)
3. Gogha Davitadze (Atasport)

Yarışda ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək.

Xəbər lenti

Xəbər lenti