...

Portuqaliya Futbol Federasiyasının prezidenti: Azərbaycan millisi hər mövsüm daha da püxtələşir

İdman Materials 24 Dekabr 2012 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Futbol üzrə Azərbaycan millisinin keçirdiyi son oyunlar DÇ 2014-ün seçmə mərhələsində bu komanda ilə hesablaşmaq lazım olduğunu bir daha sübut etdi. Trend-in məlumatına görə, bunu AFFA-nın rəsmi saytına müsahibəsində Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş deyib.

"Azərbaycan millisi hər mövsüm daha da püxtələşir və deyərdim ki, bizim komanda və eləcə də F qrupundakı digər rəqiblərlə keçirdiyi son oyunlar DÇ-2014-ün seçim mərhələsində bu komanda ilə hesablaşmaq lazım olduğunu bir daha sübut etdi. Mən oyunçular arasında olan həmrəyliyi və birgə oyun tərzini yüksək dəyərləndirirəm və hesab edirəm ki, bu komandanıza gələcəkdə daha yaxşı nəticələr əldə etməyə kömək edəcək", - Qomeş bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti