...

Yeniyetmə güləşçilər Müşviq İsayevin xatirə turnirində qüvvələrini sınayacaqlar

İdman Materials 7 Yanvar 2013 15:00 (UTC +04:00)
Yanvarın 10-da Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.
Yeniyetmə güləşçilər Müşviq İsayevin xatirə turnirində qüvvələrini sınayacaqlar

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Yanvarın 10-da Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnir 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan və Özbəkistandan olan güləşçilər də mübarizə apacaq.

Turnirdə müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.

Yarış "Abu-Arena" İdman Kompleksində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti