...

Saşa Stamenkoviç: Serbiyada hər kəs "Neftçi" ilə maraqlanır

İdman Materials 12 Yanvar 2013 13:28 (UTC +04:00)
Avropa Liqasının qrup mərhələsinə adladıqdan sonra "Neftçi"ni daha çox tanımağa başlayıblar. Serbiyada futbola marağı olan hər kəs məndən “Neftçi” haqqında soruşurdu. Trend-in "Neftçi" PFK-nın saytına istinadən verdiyi məlumata görə, bunu komandanın qapıçısı Saşa Stamenkoviç deyib.
Saşa Stamenkoviç: Serbiyada hər kəs "Neftçi" ilə maraqlanır

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Avropa Liqasının qrup mərhələsinə adladıqdan sonra "Neftçi"ni daha çox tanımağa başlayıblar. Serbiyada futbola marağı olan hər kəs məndən "Neftçi" haqqında soruşurdu. Trend-in "Neftçi" PFK-nın saytına istinadən verdiyi məlumata görə, bunu komandanın qapıçısı Saşa Stamenkoviç deyib.

Qeyd edək ki, "Neftçi" Antalya hazırlığını davam etdirir.

"Belə bir uğur qazanmağımız onları yaxşı mənada təəccübləndirmişdi. Bizim "Partizan"la oyunlarımızı izləyən hər kəs "Neftçi"nin səviyyəsinə şahid oldu. Fikrimcə, "Neftçi" təkcə Serbiyada yox, Avropanın bir çox ölkələrində özündən söz etdirdi", - Stamenkoviç əlavə edib.

Qapıçı bildirib ki, "Neftçi" mövsümün ilk yarısı 3 cəbhədə mübarizə aparırdı. Bu səbəbdən də komandada yorunluq hiss olunurdu.

"Biz ardıcıl 3-cü çempionluğumuzu qazanmaq və Avropadakı uğurumuzun davamını gətirmək istəyirik. Ölkə kubokunu da unutmaq olmaz. Bütün cəbhələrdə maksimum nəticələrə nail olmalıyıq", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti