...

"Kəpəz"də baş məşqçi dəyişikliyi

İdman Materials 15 Yanvar 2013 14:53 (UTC +04:00)
"Kəpəz"in əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi rəsmiləşib.
"Kəpəz"də baş məşqçi dəyişikliyi

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

"Kəpəz"in əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi rəsmiləşib.

Trend klubun saytına istinadən məlumat verir ki, "dubl"u bundan sonra Mehman Hacıyev hazırlayacaq. Gənc məşqçi bu postda Xaliq Mərdanovu əvəzləyib.

Qeyd edək ki, Hacıyev buna kimi əsas komandada çalışırdı. Mehman Hacıyev klubda əvəzedicilərdən ibarət komanda yaradılan ilk gündən məhz heyətin başında olub. Ötən yay isə o, əsas komandaya dəvət almışdı.

Məşqçinin qarşısında duran əsas məsələ "Kəpəz" futbol klubu üçün layiqli ehtiyat qüvvə yetişdirmək, bacarıqlı və istedadlı futbolçuları tapıb üzə çıxarmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti