...

Avropa Su İdmanı Növləri Federasiyası idman turnirlərinin keçirilməsində Azərbaycana kömək edəcək

İdman Materials 31 Yanvar 2013 14:29 (UTC +04:00)
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyevin başçılıq etdiyi nümayəndə heyəti Avropa Su İdmanı Növləri Federasiyasının (LEN) prezidenti Paolo Barelli ilə görüşüb.
Avropa Su İdmanı Növləri Federasiyası idman turnirlərinin keçirilməsində Azərbaycana kömək edəcək

Azərbaycan, Bakı, 31 yanvar/Trend, müxbir M. Əliyev/

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyevin başçılıq etdiyi nümayəndə heyəti Avropa Su İdmanı Növləri Federasiyasının (LEN) prezidenti Paolo Barelli ilə görüşüb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasından bildiriblər.

Barelli, həmçinin Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) katibi, İtaliya Olimpiya Komitəsinin vitse-prezidenti və bu ölkənin Üzgüçülük Federasiyasının rəhbəridir.

Federasiyadan deyiblər ki, Barelli Azərbaycanın idman sahəsində əldə etdiyi uğurları, ölkənin olimpiya hərəkatında rolunu yüksək qiymətləndirib və Azərbaycan nümayəndə heyətini ölkənin 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi münasibətilə təbrik edib.

Federasiyadan bildiriblər ki, görüşün yekunu olaraq, menecment və məşqçilərin hazırlanması üzrə gələcəkdə işlərin təşkili, treninqlərin keçirilməsi, həmçinin iri beynəlxalq tədbirlərin keçirilməsində yardım etmək üçün Avropa Su İdmanı Növləri Federasiyasının Azərbaycandan olan həmkarlarına kömək etmək barədə razılıq əldə edilib.

Öz növbəsində, Azərbaycan Üzgüçülük Federasiyasının nümayəndələri LEN-in himayəsi altında keçirilən bütün beynəlxalq yarışlarda iştirak etməyə hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti