...

Akrobatika üzrə azərbaycanlı hakimlər yeni beynəlxalq kareqoriya alıblar

İdman Materials 4 Fevral 2013 15:24 (UTC +04:00)
Akrobatik gimnastika üzrə üç azərbaycanlı hakim növbəti Olimpiya dövrəsində öz beynəlxalq kateqoriyasını təsdiqləyib.
Akrobatika üzrə azərbaycanlı hakimlər yeni beynəlxalq kareqoriya alıblar

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Akrobatik gimnastika üzrə üç azərbaycanlı hakim növbəti Olimpiya dövrəsində öz beynəlxalq kateqoriyasını təsdiqləyib.

Əvvəlki dövrədə üçüncü kateqoriyaya malik olan İradə Qurbanova 2013-2016-cı illərdə keçiriləcək bütün beynəlxalq yarışlarda ikinci dərəcəli arbitrlərin kollegiyasına sədrlik edəcək. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Britaniyada keçirilən seminarın iki digər azərbaycanlı iştirakçısı olan Lalə Abdullayeva və Adıgözəl Rəcəbov kursları dördüncü kateqoriyada başa vurublar.

Belə qərar Böyük Britaniyada keçirilən hakimlər üçün qitələrarası kursların yekunu üzrə qəbul edilib. Beynəlxalq Akrobatik Gimnasitika Federasiyasının (FIG) Texniki Komitəsinin təşkil etdiyi seminar zamanı onlar yeni qaydalar üzrə praktiki kurs keçib və test imtahanını uğurla veriblər.

Qaydalarda yeniliklər, yeni hakimlərin yaxın vaxtlarda öz həmkarları arasında təşkil edəcəkləri məşqçi seminarlarının əsas predmeti olacaq.

"Azərbaycanda mart birinciliyi və Portiqaliyada Dünya kubokunun birinci mərhələsi ərəfəsində yerli hakimlər üçün seminar keçirəcəyik. Bu seminarın gedişində dünya akrobatikasında bütün son yeniliklər haqqında ətraflı danışacağıq", - beynəlxalq kateqoriyalı hakimlər qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti