...

Azarkeşləri "Qarabağ"ı yenə ziyana saldılar

İdman Materials 19 Fevral 2013 13:43 (UTC +04:00)
Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda bir sıra qərarlar qəbul edilib.
Azarkeşləri "Qarabağ"ı yenə ziyana saldılar

Azərbaycan, Bakı, 19 fevral /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda bir sıra qərarlar qəbul edilib.

Premyer Liqanın XX turunun "Qarabağ" - "Sumqayıt" matçının 32-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğuna görə klub 1000 manat cərimə olunub.

XX turun "İnter" - "Qəbələ" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti