Azərbaycan, Bakı, 6 mart /Trend/
Çərşənbə axşamı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk cavab görüşləri keçirilib.
Günün mərkəzi matçında Mançesterdə yerli "Yunayted" "Real Madrid"i qəbul edirdi. Dramatik oyunda hesabı 48-ci dəqiqədə avtoqola imza atan Ramos açıb - 1:0. Bundan sonra mankunianların oyunçusu Nani qırmızı vərəqə alaraq meydanı tərk edib.
Qonaq ispanlar 66-cı dəqiqədə Modriçin, 69-cu dəqiqədə isə Ronaldonun qolları hesabına qələbə qazanıblar - 1:2. Beləliklə, iki oyunun nəticələrinə əsasən, "Real Madrid" ÇL-nın 1/4 finalına vəsiqə qazanıb.
Günün digər oyununda "Borussiya Dortmund" Donetskin "Şaxtyor" klubunu qəbul edirdi. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 31-ci dəqiqədə Auqusto, 37-ci dəqiqədə Götse və 59-cu dəqiqədə Blaşçukovski vurublar.