...

Azərbaycan kubokunun yarımfinalçıları məlum oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 7 Mart 2013 19:54 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Azərbaycan kubokunun yarımfinalçıları məlum oldu (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, ilk oyun paytaxtda baş tutub. Səfər matçında "Bakı" ilə 1:1-lik bərabərə qalan "İnter" bu dəfə də qələbə qazana bilməyib. İlk qol "Bakı" təmsilçilərindən gəlsə də, "İnter" Baçana Sxadadzenin 42 və 60-cı dəqiqələrdə vurduğu qollarla hesabda önə keçib. Lakin qonaqların heyətində Şəhriyar Əliyevin qolu ilə matçın yekun nəticəsi müəyyən olunub (2:2). Bu hesab "Bakı"nı yarımfinala çıxarıb.

Səfərdə "Rəvan"a 2:1 hesabı ilə qalib gələn "Xəzər Lənkəran" doğma meydanda inamlı qələbə qazanaraq (4:1) yarımfinala yüksəlib.

"Neftçi" isə "Simurq"u qəbul edib. İlk matçda olduğu kimi, cavab oyununda da əsas vaxtda hesab açılmayıb (0:0). Əlavə vaxtın son dəqiqəsində (120') Flavinyo "Neftçi"yə qələbə gətirən qola imza atıb (1:0).

"Qarabağ" "Qəbələ" ilə qarşılaşıb. Oyunda qol qeydə alınmayıb (0:0). İlk matç 1:1 hesabı ilə bərabərə qaldığından, bu hesab "Qarabağ"ı yarımfinala yüksəldib.

Qeyd edək ki, "Bakı" 1/2 finalda "Xəzər Lənkəran"la, "Neftçi" isə "Qarabağ"la qarşılaşacaq.

Yarımfinal mərhələsininın ilk oyunları aprelin 17-də, cavab görüşləri isə aprelin 24-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti