...

Gürcüstanın Soçi Olimpiadasında iştirakı sual altındadır

İdman Materials 1 Aprel 2013 15:04 (UTC +04:00)
Gürcüstan hökuməti ölkənin Soçi Qiş Olimpiya Oyunlarında iştirakı ilə bağlı hələ yekun qərarını verməyib.
Gürcüstanın Soçi Olimpiadasında iştirakı sual altındadır

Gürcüstan, Tbilisi, 1 aprel /Trend, müxbir N. Kirsxaliya/

Gürcüstan hökuməti ölkənin Soçi Qiş Olimpiya Oyunlarında iştirakı ilə bağlı hələ yekun qərarını verməyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın xarici işlər nazirinin müavini David Zalkaliani brifinqdə deyib.

"Gürcüstanın Soçi Olimpiadasını boykot elan etməməsi barədə fikir olub, lakin yekun qərar hələlik qəbul edilməyib. Gürcüstanın Olimpiadada hansı formada iştirak edəcəyi məsələsi yaxın vaxtlarda həll ediləcək" , - Zalkaliani qeyd edib.

Gürcüstanın Soçi Olimpiadasında iştirakı qərarını ölkənin Milli Olimpiya Komitəsi qəbul edəcək. Komitə yaxın vaxtlarda Tbilisidə yığıncaq keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti