...

AFFA klubları cəzalandırdı

İdman Materials 7 May 2013 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqasının 29-cu turunun bəzi oyunlarındakı hadisələrə hüquqi qiymət verilib.

"Turan" - AZAL matçında "Turan"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+3-cü dəqiqəsində AZAL-ın oyunçusu Cavid Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.

"İnter" - "Bakı" matçında "İnter"in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

"Qarabağ" - "Neftçi" oyunun 1 və 72-ci dəqiqələrində "Qarabağ" azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə edilib.

"Sumqayıt" - "Rəvan" matçının 44-cü dəqiqəsində "Rəvan"ın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 60-cı dəqiqəsində "Rəvan" klubunun futbolçusu Samuel Barlay idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunurb.

Oyunun 90+2-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Ruslan Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti