Azərbaycan, Bakı, 20 may /Trend/
İtaliyadan olan hakimlər briqadası şənbə günü "Uembli" stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının finalını idarə edəcək.
41 yaşlı Nikola Ritsoliyə Dortmunt "Borussiya"sı və Münhen "Bavariya"sı arasında baş tutacaq oyunu idarə etmək üçün həmyerliləri Renato Faverani və Andrea Stefani kömək edəcəklər. Dördüncü hakim slovaniyalı Damir Skomina təyin olunub. Hakimlər briqadasına əlavə köməkçilər kimi Canluka Rokki və Paolo Talyavento daxildir. Digər italiyalı Canluka Karyolato isə ehtiyat hakim köməkçisi təyin edilib.
Ritsoli 2007-ci ildə beynəlxalq dərəcə alıb və 3 il sonra UEFA Avropa Liqasının Hamburqda keçirilən finalını - "Atletiko"nun "Fulhem"ə 2:1 hesabı ilə qalib gəldiyi oyunu idarə edib. Həmçinin, ona Avro-2012-nin final mərhələsinin üç oyunu tapşırılmışdı.