Azərbaycan, Bakı, 25 may /Trend/
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində finala yüksəlib.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yarımfinal oyununda "Latsio" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Namiq Ələskərov və Coşqun Diniyev vurub.
Yığmamız final oyununda "Udineze" komandası ilə qarşılaşacaq.