Azərbaycan, Bakı, 28 may /Trend/
Bu gün Azərbaycan kubokunun final oyunundan sonra "Neftçi" və "Xəzər Lənkəran" futbolçuları arasında qarşıdurma baş verib.
Trend-in məlumatına görə, oyunçuları sakitləşdirmək üçün hər iki klubun rəsmiləri də müdaxilə edib. Polisin köməyi ilə insident aradan qaldırılıb.
Qeyd edək ki, 20-ci Azərbaycan kubokunun qalibi paytaxtın "Neftçi" klubu olub.
Fotolar Vüqar İmanovundur