Azərbaycan, Bakı, 4 iyun /Trend/
İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi müdafiəçi Pepenin transferi üçün Madrid "Real"ına 25 milyon avro təklif etməyə hazırlaşır. Bu barədə Trend İspaniya KİV-ə istinadən məlumat verir.
Bununla yanaşı, rəhbərlik portuqaliyalı futbolçunun maaşını 3,5 milyondan avrodan 7 milyona qədər artırmağa hazırdır.