...

"Fənərbağça" istədiyini etdi

İdman Materials 6 İyun 2013 03:07 (UTC +04:00)
"Fənərbağça" portuqaliyalı oyunçu Bruno Alveş ilə 3 illik müqavilə imzalayıb.
"Fənərbağça" istədiyini etdi

Azərbaycan, Bakı, 6 iyun /Trend/

"Fənərbağça" portuqaliyalı oyunçu Bruno Alveş ilə 3 illik müqavilə imzalayıb.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, klub ulduz futbolçuya 2,5 milyon avro ödəyəcək.

Sankt-Peterburqun "Zenit" komandasına isə ilkin olaraq 5,5 milyon avro ödəniləcək.

Beləliklə, Alveş 2013-2014, 2014-2015 və 2015-2016-cı il mövsümlərində "Fənərbağça"nın formasını geyinəcək.

Qeyd edək ki, Bruno Alveş karyerasına Portuqaliya "Porto"sunda başlayıb. O, 2010-cu ildə "Zenit"ə 22 milyon avro müqabilində transfer olunmuşdu. 32 yaşlı müdafiəçi Portuqaliya millisində 60 oyuna 8 qol vurub. Alveş millidə sonuncu qolunu martın 26-da 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının qapısından keçirmişdi. Oyun millimizin məğlubiyyəti ilə yekunlaşmışdı - 0:2.

Xəbər lenti

Xəbər lenti