...

Sərbəst güləş yığmamız Universiadaya Belarusda hazırlaşır

İdman Materials 24 İyun 2013 13:16 (UTC +04:00)
10-16 İyulun 10-dan 16-dək Rusiyanın Kazan şəhərində Tələbələrin 27-ci Ümumdünya Universiadası yarışları keçiriləcək.
Sərbəst güləş yığmamız Universiadaya Belarusda hazırlaşır

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

İyulun 10-dan 16-dək Rusiyanın Kazan şəhərində Tələbələrin 27-ci Ümumdünya Universiadası yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Universiadada sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda üzvlərinın iştirak etməsi nəzərdə tutulub. Yarışlara daha yaxşı hazırlaşmaq məqsədilə məşqçilər korpusunun rəyinə əsasən,komanda iyunun 23-dən iyulun 8-dək Minskdə Belarus yığma komandası ilə birgə təlim-məşq toplanışında iştirak edir.

Baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər David Kurtsiya və Semyon Çterovun başçılığı altında 14 güləşçi TMT-da iştirak edəcək. Heyətdə Mahmud Məhəmmədov, Yaşar Əliyev (hər ikisi 55 kq), Hacı Əliyev (60 kq), Ağahüseyn Mustafayev, Ruslan Dibirhacıyev (hər ikisi 66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev, Aleksandr Qostiyev (hər ikisi 84 kq), Hacı Şərifov, Şərif Şərifov, Xetaq Qazyumov (hamısı 96 kq), Cəmaləddin Məhəmmədov, Aslan Dzebişov (hər ikisi 120 kq) yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti