Azərbaycan, Bakı, 16 iyul /Trend/
Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, qarşılaşma 3:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Aysun Əliyevanın dubl etdiyi oyunda Nigar Cəlilli 1 dəfə fərqlənib.