Azərbaycan, Bakı, 18 iyul /Trend/
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Trend-in məlumatına görə, Azərbaycanın təmsilçisi "Neftçi"nin də mübarizəyə qoşulduğu bu mərhələdə daha səkkiz oyun keçirilib.
TNS (Uels) - "Legiya" (Polşa) - 1:3
"Slovan" (Slovakiya) - "Ludoqorets" (Bolqarıstan) - 2:1
"Qyori" (Macarıstan) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:2
"Kliftonvil" (Şimali İrlandiya) - "Seltik" (Şotlandiya) - 0:3
"Şirak" (Ermənistan) - "Partizan" (Serbiya) - 1:1
HİK Helsinki (Finlandiya) - "Nomme Kalyu" (Estoniya) - 0:0
"Sliqo Rovers" (İrlandiya) - "Molde" (Norveç) - 0:1
"Elfsborq" (İsveç) - "Dauqava" (Latviya) - 7:1
Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları iyulun 23-də keçiriləcək.