Azərbaycan, Bakı, 29 iyul /Trend/
FIFA referisi Anar Salmanov UEFA Avropa Liqasının III təsnifat mərhələsinə təyinat alıb.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, o, avqustun 1-də Norveçin "Tromse" klubu ilə Lüksemburqun "Differdange" komandası arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.
Anar Salmanova Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. Hakimlərimizin idarəçiliyinə Sergey Zuyev (Rusiya) qiymət verəcək.
Oyunun UEFA nümayəndəsi almaniyalı Tomas Veyinq olacaq.