...

Azərbaycanın peşəkar boksçusunun növbəti döyüşlərinin vaxtı məlum olub

İdman Materials 14 Avqust 2013 18:22 (UTC +04:00)
Əməkdaşımızla söhbətində F.Məmmədov hazırda Ukraynada bu görüşə yüksək səviyyədə hazırlıq prosesi keçdiyini deyib.
Azərbaycanın peşəkar boksçusunun növbəti döyüşlərinin vaxtı məlum olub

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun növbəti döyüşlərinin vaxtı məlum olub.

Trend-in məlumatına görə, həmyerlimiz sentyabrın 21-də Ukraynanın Xarkov şəhərində WBO versiyası üzrə reytinq xarakterli döyüşə çıxacaq. Oktyabrın 26-da isə F.Məmmədovun Böyük Britaniyada daha bir reytinq görüşü gözlənilir.

Əməkdaşımızla söhbətində F.Məmmədov hazırda Ukraynada bu görüşə yüksək səviyyədə hazırlıq prosesi keçdiyini deyib.

O deyib ki, hazırda fiziki durumu yaxşı səviyyədədir: "Məqsədim qarşıdakı döyüşlərdə qalib gəlməkdir".

Qeyd edək ki, F.Məmmədovun rəqiblərinin kimliyi yaxın günlərdə açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti