...

Azərbaycan kanoeçisi Dünya çempionu olub

İdman Materials 2 Sentyabr 2013 12:14 (UTC +04:00)
Almaniyanın Duysburq şəhərində keçirilən avarçəkmə üzrə Dünya çempionatında Azərbaycan kanoeçisi Valentin Demyanenko qızıl medal qazanıb.
Azərbaycan kanoeçisi Dünya çempionu olub

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.Tanrıverdiyev/

Almaniyanın Duysburq şəhərində keçirilən avarçəkmə üzrə Dünya çempionatında Azərbaycan kanoeçisi Valentin Demyanenko qızıl medal qazanıb. Bu barədə Gənclər və idman Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir.

İdmançımız 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafədəki yürüşdə hamıdan güclü olub. O, final yürüşündə finişə 38,462 saniyəyə çatıb.

Bununla da, Valentin Demyanenko 4-cü dəfə kanoe üzrə Dünya çempionu adını qazanıb.

Sentyabrın 1-də isə Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə final yürüşünə çıxıblar. İdmançılarımız medala yaxın olsalar da onlar əsas finalda finişə 1 dəqiqə 46,094 saniyəyə çataraq, 5-ci yerlə kifayətləniblər.

Azərbaycan bu yarışda 1 kayakçı və 6 kanoeçi ilə təmsil olunub.

Ümumilikdə, 78 ölkənin təmsil olunduğu, cəmi 30 ölkənin medal qazandığı Dünya çempionatında yığma komandamız medalların əyarına görə 15-ci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti