...

Azərbaycanın futbol üzrə millisinin heyətində dəyişiklik oldu

İdman Materials 3 Sentyabr 2013 12:43 (UTC +04:00)
DÇ-2014-ün seçmə mərhələsində İsrail yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub.
Azərbaycanın futbol üzrə millisinin heyətində dəyişiklik oldu

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

DÇ-2014-ün seçmə mərhələsində İsrail yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub.

Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, zədəli olduqları üçün Əfran İsmayılov ("Bakı") və Səlahət Ağayev ("İnter") millinin heyətindən çıxarılıb.

Əvəzində, "Bakı" klubunun üzvü Aqil Məmmədov bu gündən etibarən millinin hazırlıq prosesinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti