...

Yaxın Şərqdə bərabərlik: İsrail-Azərbaycan 1:1

İdman Materials 8 Sentyabr 2013 00:38 (UTC +04:00)
Azərbaycan milli komandası "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
Yaxın Şərqdə bərabərlik: İsrail-Azərbaycan 1:1

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycan milli komandası "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

Trend-in məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız İsrail millisi ilə qarşılaşıb.

Bu, yığma komandamızın "DÇ-2014"ün seçmə mərhələsində son səfər oyunu olub.

Görüşün favoriti İsrail millisi olsa da, öz meydanımızda rəqiblə 1:1 hesablı heç-heçə etməyimiz komandamızın səfərdən də xalla dönəcəyinə ümid verirdi.

Belə ki, gərgin idman mübarizəsi şəraitində keçən matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandamız cari seçmə mərhələdə qələbə qazana bilməyib.

Xəbər lenti

Xəbər lenti