...

Azərbaycanlı gimnastlar Rusiyada keçirilən yarışda gümüş və bürünc medallar qazanıblar

İdman Materials 11 Sentyabr 2013 13:02 (UTC +04:00)
Azərbaycanlı akrobatlar Rusiyanın Velikiy Novqorod şəhərində keçirilən “Volkov kuboku” beynəlxalq yarışında ikinci və üçüncü yerləri tutublar.
Azərbaycanlı gimnastlar Rusiyada keçirilən yarışda gümüş və bürünc medallar qazanıblar

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı akrobatlar Rusiyanın Böyük Novqorod şəhərində keçirilən "Volkov kuboku" beynəlxalq yarışında ikinci və üçüncü yerləri tutublar.

Trend-in Azərbaycan Gimnastika Federasiyasına istinadən verdiyi məlumata görə, Lalə Hüseynova və Xoşqədəm Quliyevadan ibarət qadın cütlüyü gümüş mükafat qazanıb. İlk iki tapşırığın (balans və temp) yerinə yetirilməsindən sonra azərbaycanlı duet inamlı şəkildə seçmə mərhələnin sıralamasında ilk üçlükdə qərarlaşıb. Finalda isə Lalə və Xoşqədəm yalnız meydan sahiblərinə uduzaraq ikinci olublar.

Elçin Əlibəyov və Emin Gülməmmədlidən ibarət kişi dueti yarışlarda üçüncü nəticə göstərib.
İstənilən halda Rusiyadakı yarışa məşqçilər qərargahı tərəfindən Avropa çempionatı ərəfəsində və oktyabr ayında Portuqaliyada baş tutacaq böyüklər arasında qitələrarası yarışa yoxlama kimi baxılıb.

Pireney yarımadasında isə, Azərbaycanın debut etdiyi gimnastikanın batut növündə yarışlar keçirilib. İlk dəfə beynəlxalq arenaya çıxan Ruslan Ağamirov heç də bütün elementlərin öhdəsindən uğurla gələ bilməyib. Burada daxili gərginlik və təcrübənin olmaması özünü göstərib. Gimnastımızın Dünya kubokunda 42-ci yeri tutması onun daha çox elementlər üzərində işləməsini şərtləndirir. Çünki Dünya kubokunun növbəti mərhələsi yaxın vaxtlarda keçiriləcək. Bu həftənin sonunda İspaniya gimnastların növbəti turnirini qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti