Gürcüstan, Tbilisi, 24 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının boykot edilməsi məsələsini nəzərdən keçirmir. Trend-in məlumatına görə, bunu Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili deyib.
O qeyd edib ki, boykot məsələsinə baxılmır: "Lakin biz ərazilərimizin, hətta ən kiçik sahənin işğalının dayandırılması üçün maksimum səy göstərməliyik".
Qeyd edək ki, Dvanidə rus işğalçı qüvvələri dekarkasiya işlərini bərpa ediblər.