...

Azərbaycanın karate ustası nüfuzlu beynəlxalq yarışda qızıl medal qazanıb (FOTO)

İdman Materials 23 Oktyabr 2013 11:57 (UTC +04:00)
Şahin Atamov finala gədər yüksəlib və finalda iranlı Zəbiullah Purşabıni 4:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Azərbaycanın karate ustası nüfuzlu beynəlxalq yarışda qızıl medal qazanıb (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Rusiyanın Sankt-Peterburq şəhərində 18-26 oktyabr tarixlərində "World Combat Games 2013" (Ümümdünya döyüş sənəti üzrə Oyunlar 2013) keçirilir. İdman yarışına Olimpiya və qeyri-Olimpiya oyunları daxildir: aykido, boks, güləş, dzüdo, ciu-citsu, karate, kikboksinq, taysayağı boks, sambo, sumo, uşu və s.

Trend-in məlumatına görə, iki mindən artıq idmançının qatıldığı oyunlarda karate üzrə Azərbaycanı 84 kq çəki üzrə Şahin Atamov, 75 kq üzrə Rafael Ağayev təmsil edirlər. Bu mübarizədə azərbaycanlı karateçilərimiz Şahin Atamov (84 kq), və Rafael Ağayev (75 kq) uğurla çıxış ediblər. Şahin Atamov finala gədər yüksəlib və finalda iranlı Zəbiullah Purşabıni 4:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Həmçinin Rafael Ağayev İtaliya karateçısı Luici Busanı 7:1 hesabı ilə məğlub edib.

Şahin Atamov 2006-cı ildə şotokanda gənclər arasında dünya çempionu, WKF-də isə böyüklər arasında dünya çempionatının gümüş və bürünc medalarını qazanıb. İki dəfə dünya kubokunun qalibi olub. Son 2 ay ərzində artıq dörd Avropa və dünya yarışlarında - Türkiyədə İstanbul Open yarışmalarında, Rusiyada (Moskva) Dünya yığmasının tərkibində və daha sonra İndoneziyada İslam Ölkələrinin 3-cü Həmrəylik oyunlarında və nəhayət Rusiyada World Combat Games 2013-də iştirak edib.

Bayrağımızı birinciliyə yüksəldən Şahin qalibiyyətdən sonra hər kəsə dəstəyə görə təşəkkürünü bildirib: "Vətənimin bayrağını daima yüksəkdə tutmaq mənim üçün məqsəddir və qürurdur! Məşqçilərimə, mənə inanan hər kəsə təşəkkür edirəm!"

Qeyd etmək lazımdır ki, idmançılar bu oyunlara ancaq dəvətlə, qalibiyyətlərinə görə xüsusi lisenziya qazanandan sonra qatıla bilərlər. Və dünya üzrə hər çəkiyə görə 8 ən yaxşı idmançı qatıla bilər. Azərbaycandan Şahin Atamov (84 kq), Rafael Ağayev (75 kq) bu 8 idmançı arasındadır.

Şahin və Rafaelin qələbəsindən sonra Azərbaycan "World Combat Games 2013"-də dünyanın 100 ölkəsi arasında Azərbaycan 4 pilləyə yüksəlib!

Hal hazırda Şahin Atamov 26-28 oktyabr tarixlərində Çexiyada və Almaniyada keçirilən seminarlarda iştirak edəcəklər. Azərbaycan karateçiləri bu ölkələrdə gənc karateçilərə ustad dərsləri keçəcəklər. Daha sonra Şahin Moskvada keçirilən "Moskva ulduzları" adlı çempionata yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti