Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
"Neftçi" futbol klubunun sərnişin avtobusu cümə axşamı "Hyundai" markalı minik avtomobili ilə toqquşub. Trend-in məlumatına görə, bu barədə şahidlər xəbər verib.
Şahidlərin sözlərinə görə, qəza Heydər Əliyev hava limanı yaxınlığında baş verib. Qəza nəticəsində hər iki avtomobil deformasiya olub, xəsarət alan yoxdur.