...

AFFA-nın baş katibi Berti Foqtsun məsələsinə aydınlıq gətirdi

İdman Materials 4 Noyabr 2013 16:24 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi ölkənin futbol üzrə yığmasına yeni baş məşqçinin gətirilməsi üçün hər hansı danışıqlar aparılmadığını açıqlayıb.
AFFA-nın baş katibi Berti Foqtsun məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi ölkənin futbol üzrə yığmasına yeni baş məşqçinin gətirilməsi üçün hər hansı danışıqlar aparılmadığını açıqlayıb.

Trend-in məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, millinin baş məşqçisi məsələsi qurumun İcraiyyə Komitəsinin qərarından asılı olacaq: "İlin sonuna qədər millinin baş məşqçisi Berti Foqtsla müqavilə qüvvədədir. Həmin vaxt İcraiyyə Komitəsinin iclası olacaq və müvafiq qərar veriləcək".

Türkiyəli mütəxəssis Şenol Günəşlə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi ilə əlaqədar danışıqlar aparılması barədə yayılan informasiyaların həqiqətəuyğun olmadığını deyən AFFA-nın baş katibi bildirib ki, hazırda hər hansı məşqçi ilə danışıqlar getmir: "Çünki biz etik qaydalara uyğun olaraq, müqavilə qüvvədə olduğundan, istəməzdik ki, belə hal baş versin. Növbəti mərhələyə 10 ay var. Hələ vaxt var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti