Azərbaycan, Bakı, 9 noyabr /Trend/
Olimpiya məşəli tarixdə ilk dəfə olaraq açıq kosmosa çıxarılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
2014-cü ildə keçiriləcək Soçi Qış Olimpiya Oyunlarının rəmzi olan Olimpiya məşəli açıq kosmosa rusiyalı kosmonavtlar Oleq Kotov və Sergey Ryazanski tərəfindən çıxarılıb.
Mərasimdən sonra kosmonavtlar yenidən altı saatlıq iş rejimlərinə qayıdacaqlar.