Azərbaycan, Bakı, 30 noyabr /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında XV turun oyunları keçirilir.
Trend-in məlumatına görə, günün ilk qarşılaşması Bakıda baş tutub. Paytaxt derbisində "Bakı" və "İnter" komandaları qarşılaşıblar.
Oyun "bankçılar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. 59-cu dədiqədə Vaqif Cavadov fərqlənib - 0:1.
Beləliklə, "İnter" 15 oyundan 23 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. "Bakı" 21 xalla 5-ci yerdədir.