...

Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri Kiyevdə qüvvələrini sınayacaqlar

İdman Materials 2 Dekabr 2013 16:55 (UTC +04:00)
Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının və Heydər Əliyev adına Ukrayna-Azəbaycan təhsil, elm, mədəniyyət və idman Mərkəzinin təşəbbüsü ilə 6-8 dekabr 2013-cu il tarixdə Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə güləş üzrə yeniyetmələr arasında V beynəlxalq turnir keçiriləcək.
Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri Kiyevdə qüvvələrini sınayacaqlar

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının və Heydər Əliyev adına Ukrayna-Azəbaycan təhsil, elm, mədəniyyət və idman Mərkəzinin təşəbbüsü ilə 6-8 dekabr 2013-cu il tarixdə Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə güləş üzrə yeniyetmələr arasında V beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Azərbaycanı sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri təmsil edəcək.

Böyük məşqçi Rövşən Süleymanovun başçılığı altında qızlardan ibarət yığma komanda 4 çəki dərəcəsində mübarizə aparacaq. Heyətdə Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (46 kq), Sona Tumarxanova (49 kq) və Ləman Qurbanova (56 kq) yer alıblar.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləş üzrə yeniyetmə oğlanlardan ibarət yığma komanda isə tam heyətlə iştirak edəcək. Heyətdə Babək Hüseynov (42 kq), Sabutay Əmişov (46 kq), Elvin Namazov (50 kq), Əfqan Xaşalov (54 kq), Mahir Əmiraslanov (58 kq), Pənah İlyaslı (63 kq), Teymur Məmmədov (69 kq), Maqomedsaid Maqomedsaidov (76 kq), Maqomedrasul Qazımaqomedov (85 kq) və İqbal Hacızadə (100 kq) yer alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti