...

"Qalatasaray" növbəti mərhələdə

İdman Materials 11 Dekabr 2013 18:20 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində D qrupunda "Qalatasaray" - "Yuventus" oyunu keçirilib.
"Qalatasaray" növbəti mərhələdə

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində D qrupunda "Qalatasaray" - "Yuventus" oyunu keçirilib.

Trend-in məlumatına görə, dünən güclü qar yağması səbəbindən təxirə salınan matç UEFA-nın qərarı ilə bu gün baş tutub.

Matçda bir qol qeydə alınıb. 85-ci dəqiqədə Uesli Sneyder italyanların qapısına yol tapa bilib - 1:0. Bu qol "Qalatasaray"ı 1/8 final mərhələsinə yüksəldib.

"Yuventus" isə qrupda 3-cü yeri tutaraq UEFA Avropa Liqasına yollanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti