...

İngiltərə çempionatında "hokkey hesabı" qeydə alındı

İdman Materials 14 Dekabr 2013 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti" Londonun "Arsenal" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyun şəhərlilərin 6:3 hesablı qələbəsi ilə başa çatıb. "Mançester Siti"dən 4-cü dəqiqədə Aquero, Neqredo (39'), Fernandinyo (50 və 88'), David Silva (66') və Yaya Ture (90' - pen.), "Arsenal"dan isə Uolkot (31 və 63') və Mertezaker (90') fərqləniblər.

Bu qələbədən sonra "Mançester Siti" xalını 32-yə çatdıraraq 2-ci sıraya yüksəlib. "Arsenal" isə 35 xalla liderdir.

Xəbər lenti

Xəbər lenti