...

"Barselona"nın yeni qapıçısının adı məlum oldu

İdman Materials 8 Yanvar 2014 07:25 (UTC +04:00)
Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun qapıçısı Mark-Andre ter Ştegen İspaniyanın "Barselona" klubu ilə müqavilə imzalayacaq.
"Barselona"nın yeni qapıçısının adı məlum oldu

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun qapıçısı Mark-Andre ter Ştegen İspaniyanın "Barselona" klubu ilə müqavilə imzalayacaq.

Trend xarici KİV-ə istinadən məlumat verir ki, 21 yaşlı qapıçı ilə müqavilə 4 illik olacaq, transferin dəyəri isə 12 milyon avro təşkil edəcək.

Ter Ştegen "Barselona"nın əsas qapıçısı Viktor Valdesi əvəz edəcək. Xatırladaq ki, V.Valdes komandanı cari mövsümdən sonra azad agent kimi tərk edəcək.

Xəbər lenti

Xəbər lenti