...

Azərbaycan taekvondoçuları Qəbələdə "Luxor Open"-ə hazırlaşırlar

İdman Materials 15 Yanvar 2014 11:30 (UTC +04:00)
Taekvondoçularımızın Qəbələdə geniş təlim-məşq toplantısı başlayıb.
Azərbaycan taekvondoçuları Qəbələdə "Luxor Open"-ə hazırlaşırlar

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Taekvondoçularımızın Qəbələdə geniş təlim-məşq toplantısı başlayıb.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, milli komandaların baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyev, qadınlardan ibarət milli komandanın baş məşqçisi,əməkdar məşqçi Gündüz Abdullayev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə məşqlərə 34 idmançı qatılıb.

Təlim-məşqlər gün ərzində 2 dəfə olmaqla Qəbələ Olimpiya İdman Kompleksində keçirilir. Məşqlər yanvarın 29-dək davam edəcək.

Qeyd edək ki, Böyüklərdən ibarət milli komandamız üçün ilin ilk yarışı Misir Ərəb Respublikansında baş tutacaq. Komandamız 11-16 fevral tarixlərində keçiriləcək "Luxor Open"-ə qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti