...

"Neftçi" son oyunda məğlub oldu

İdman Materials 26 Yanvar 2014 20:59 (UTC +04:00)
"Neftçi" Türkiyənin Antyalya şəhərində təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq oyununu keçirib.
"Neftçi" son oyunda məğlub oldu

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

"Neftçi" Türkiyənin Antyalya şəhərində təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq oyununu keçirib.

Trend-in məlumatına görə, Bakı təmsilçisi Polşanın "Slask" klubu ilə qarşılaşıb.

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Son Azərbaycan çempionu 50-ci dəqiqədə Elvin Yunuszadə ilə hesabı açsa da, rəqib 1 dəqiqə sonra hesabı bərabərləşdirib. Bu qoldan sonra polyaklar daha iki dəfə fərqləniblər - 1:3. Matç bu hesabla da başa çatıb.

Xatırladaq ki, "Neftçi" ilk yoxlama oyununda Albaniyanın "Partizani" klubuna 2:0 hesabı ilə qalib gəlmişdi. "Fənərbaxça" və "Metallurq" (Ukrayna) ilə qarşılaşmalarda isə hesab açılmamışdı. Qazaxıstanın "Tobol" klubunu isə 4:2 hesabı ilə məğlub etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti