...

Meksikalı idmançı: Azərbaycanlı gimnastların kompozisiyaları həmişə mürəkkəbliyi ilə fərqlənir

İdman Materials 27 Yanvar 2014 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Dünyanın hər yerindən gimnastlar təlim-məşq toplanışı keçirmək üçün Azərbaycana gəlirlər. Onların arasında təkcə Avropa çempionatına hazırlaşan idmançılar deyil, həm də başqa qitələrdən qonaqlar var. Meksikalı Sintiya Jasmin Peres Valdes də onlardan biridir. O, Bakıdakı məşqlərdən, şəhər haqqında təəssüratlarından və gələcək planlardan danışıb.

- Siz Bakıda məşq etmək üçün uzun məsafə qət etmisiniz. İlk təəssüratlar necədir?

- Mən burada olduğum üçün xoşbəxtəm. Çünki mən burada öz işinin peşəkarları arasında məşq edirəm. Azərbaycan bədii gimnastikasının səviyyəsi hamıya məlumdur və sizin ölkənizdəki toplanışlar mənə çox şey verə bilər. Bütün bunlarla birlikdə hər an kömək etməyə hazır olan gözəl məşqçilər var.

- Bildiyimizə görə, Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva hərəkətləri qurmaqda sizə kömək edir, elədirmi?

- İlk növbədə, məni Vasilyevanın azərbaycanlı gimnastlar üçün yaratdığı kompozisiyalar cəlb edir. Onlar həmişə elementlərinin mürəkkəbliyi ilə fərqlənirlər və onlardan hər biri əsl incəsənət əsəridir. Yeni mövsüm üçün tapşırıqlar hazırlamaqda kömək etdiyinə görə baş məşqçiyə minnətdaram. Hiss edirəm ki, Vasilyeva ilə işləmək peşəkarlığın artmasına kömək edir.

- Hazırda gimnastların əksəriyyəti Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşır. Bəs mövsümlə bağlı sizin hansı prioritetləriniz var?

- Yarışlar kifayət qədər çoxdur və ənənəyə görə mövsüm dolğunluğu ilə seçilir. Yaxın hədəf Meksika çempionatında uğurla çıxış etməkdir, beynəlxalq yarışlara gəldikdə isə İzmirdə keçiriləcək dünya çempionatına, eləcə də Torontoda Panamerika oyunlarında iştirak hüququ uğrunda təsnifat turnirinə hazırlaşıram. Həmçinin bu il Meksika qitəmizdə bu ilin ən əsas yarışı olan Mərkəzi Amerika Oyunlarını qəbul edəcək.

- Və sizi bu illə hansı ümidlər bağlayır?

- Əlbəttə ki, əsas hədəf dünya çempionatıdır. Mundialın yekunu üzrə 24 ən yaxşı gimnastın sırasına düşmək istərdim. Və Panamerika Oyunlarının seçimi çox vacibdir: qitənin hər bir ölkəsi bu turnirdə iki yer alır, lakin bunu üçün təsnifatda özünü göstərmək lazımdır.

- Bəs Meksikada gimnastların səviyyəsi necədir?

- Ümumilikdə kifayət qədər yaxşıdır. Gimnastlar bir neçə Olimpiya dövrü keçiblər, Riodakı 2016-cı il Oyunlarına düşmək üçün mübarizə aparacağıq. Eyni zamanda, idman gimnastikasında dünya çempionatlarında uğurla çıxış edən, London olimpiadasında özünü pis göstərməyən idmançılar var. Yəni, gələcək nəticələrin yaxşılaşdırılması üçün perspektivlər var.

- Məşq etdiyiniz gimnastika zalı sizdə necə təəssürat oyadır?

- Mən heyranam! Burada məşq etmək üçün gözəl şərait yaradılıb və kompleks Beynəlxalq Gimnastika Federasiyasının bütün tələblərinə cavab verir. İxtiyarlarına belə gözəl zal verilən azərbaycanlı gimnastlara yaxşı mənada paxıllıq etmək qalır. Mən bilirəm ki, yaxın illərdə sizdə bir neçə iri yarışlar - Avropa çempionatı, Avropa Oyunları keçiriləcək. Belə kompleksə malik olmaqla, yaxşı idmançılar və məşqçilərlə Azərbaycanın bu yarışlarda uğurla çıxış etmək üçün hər cür şansı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti