...

Azərbaycanın ilk peşəkar velosiped komandası mövsümə Yeni Zelandiyada start verir

İdman Materials 28 Yanvar 2014 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku Cycling Project" 2014-cü ilə Yeni Zelandiyada keçiriləcək 2.2 kateqoriyalı "Cycle Classic" veloyürüşü ilə start verir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 29-da start götürəcək 5 mərhələli yarışda 5 velosipedçimiz mübarizə aparacaq. Bunlar almaniyalı Daniel Kleme, Kristof və Maykl Şvayzer qardaşları, avstraliyalı Patrik Leyn və həmvətənimiz Elçin Əsədovdur.

Qeyd edək ki, yarışda 20 komandanın tərkibində 100 velosipedçi mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti