...

AFFA-dan "Böyük oyun"la bağlı böyük cəzalar: "Neftçi"nin əsas futbolçuları bir müddət futboldan kənarlaşdırıldı

İdman Materials 11 Fevral 2014 15:22 (UTC +04:00)
Trend-in məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən oyunlarla bağlı bir sıra qərarlar verilib.
AFFA-dan "Böyük oyun"la bağlı böyük cəzalar: "Neftçi"nin əsas futbolçuları bir müddət futboldan kənarlaşdırıldı

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən oyunlarla bağlı bir sıra qərarlar verilib.

Fevralın 8-də Premyer Liqanın XXII turunun AZAL - "Sumqayıt" matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Qəbələ" - "Qarabağ" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

"Rəvan" - "İnter" matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 44-cü dəqiqəsində "Rəvan" klubunun 19 №-li futbolçusu Hüseyn Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XX turunun "Xəzər Lənkəran" - "Neftçi" matçının 77-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 89-cu dəqiqəsində "Neftçi" klubunun 4 №-li futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində "Neftçi" klubunun 2 №-li futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində "Neftçi" klubunun 16 №-li futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunda "Neftçi" klubunun 22-li futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyundan sonra "Neftçi" klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırıb. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında "Neftçi" klubu ödəmə etməlidir.

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanıb, klub 20000 manat cərimə olunub. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti