Azərbaycan, Bakı, 13 fevral /Trend/
Rusiyalı idmançı Yevgeni Plyuşenko Soçidə keçirilən Qış Olimpiya Oyunlarında kişilərin fərdi konkisürmə yarışında iştirakdan imtina edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ikiqat olimpiya çempionu olan Y.Plyuşenko qısa proqramla çıxışından öncə məşq zamanı belindən zədələnib.