...

Spiros Kapralos: Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı bütün işlər nəzərdə tutulan plana uyğun davam edir (ƏLAVƏ OLUNUB)

İdman Materials 4 Aprel 2014 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı bütün işlər nəzərdə tutulan plana uyğun davam edir. Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos "Bakı-2015" Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü iclasının nəticələrinə həsr edilmiş mətbuat konfransında deyib.

O, qeyd edib ki, Əlaqələndirmə Komitəsinin sonuncu iclasından ötən vaxt ərzində bir çox nailiyyətlər əldə olunub.

S.Kapralos bildirib ki, bu tədbir idman tarixində mühüm hadisədir, çünki bu yarışlar yalnız Azərbaycan idmanına deyil, ümumilikdə bütün dünyada idmanın inkişafına mühüm töhfə verəcək.

Yarışların keçirilməsinə hazırlıq prosesi üçün vaxtın az olduğunu deyən S.Kapralos vurğulayıb ki, yarışların lazımi qaydada keçirilməsinə böyük inam var.

Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Yanej Koçiyançiç isə Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı əldə edilən bütün uğurlara görə Əlaqələndirmə Komitəsinin işini yüksək dəyələndirib.

O, qeyd edib ki, Avropa Olimpiya Komitəsi oyunlara hazırlıq prosesində Əlaqələndirmə Komitəsi ilə sıx əməkdaşlıq edir: "Bu yarışlar idmanın inkişafına töhfə verməklə yanaşı, Azərbaycan mədəniyyətini Avropaya və dünyaya nümayiş etdirməyə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti