...

"Tour d'Azerbaidjan-2014" velosiped yarışmasının ikinci mərhələsinə start verilib (FOTO)

İdman Materials 8 May 2014 15:15 (UTC +04:00)
Bu gün "Tour d'Azerbaidjan-2014" velosiped yarışmasının ikinci mərhələsinə start verilib.
"Tour d'Azerbaidjan-2014" velosiped yarışmasının ikinci mərhələsinə start verilib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Bu gün "Tour d'Azerbaidjan-2014" velosiped yarışmasının ikinci mərhələsinə start verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, startdan öncə brifinqdə qonaq qismində yarışmaya qoşulan "Tour d'Frans 2008"-in qalibi Karlos Sastre jurnalistlərin suallarını cavablandırıb: "Hava şəraiti küləkli olduğundan yarışmanın ikinci mərhələsinin həm çətin, həm də maraqlı keçəcəyinə inanıram. İştirakçıların hər birinə uğurlar arzulayıram. Ümid edirəm ki, ən yaxşı idmançı birinci yerin qalibi olacaq".

Əlavə olaraq gənc nəslə öz tovsiyələrini verən Karlos Sastre Azərbaycanda velosiped idmanına bu qədər maraq yaranmasına çox sevindiyini bildirib: "Azərbaycan gənclərinə tövsiyə edərdim ki, öz sağlamlıqları uğrunda mübarizə aparsınlar. Bunun üçün ən əlverişli yol isə idmanla mışqul olmaqdır. Azərbaycanda velosiped idmanına bu qədər marağın gündən-günə artması məni çox sevindirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti