...

Azərbaycanın aerobika qrupu dünya kubokunun bürünc mükafatçısı olub (FOTO)

İdman Materials 12 May 2014 14:03 (UTC +04:00)
Azərbaycan aerobikasının beynəlxalq arenada debütü uğurlu nəticələrlə yadda qalıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.
Azərbaycanın aerobika qrupu dünya kubokunun bürünc mükafatçısı olub (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycan aerobikasının beynəlxalq arenada debütü uğurlu nəticələrlə yadda qalıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Bolqarıstanın Borovets şəhərində keçirilən dünya kuboku mərhələsində ilk dəfə çıxış edən milli komandanın üzvləri yarışların bürünc mükafatçıları olublar.

Timur Ələkbərov, Anastasiya Koltunova, Vera Bosıy, Yekaterina Kotlyarova və Anna Poleşukdan ibarət qrup finala çıxıb. Sonda onlar Rumıniya və Çin komandalarından sonra üçüncü yeri tutublar.

Qrupun son üç nümayəndəsi başqa növ üzrə proqramda da çıxış edib. Anna, Vera və Yekaterina üçlükdə finala çıxıblar və burada ötən mərhələnin ən yaxşı kollektivləri yeddiliyinə daxil olublar. Üçlük arasında birinci yerə rumınlar, ikinci yerə vyetnamlılar, üçüncü yerə çinlilər çıxıblar.

Qarışıq cütlüklərin yarışında Timur Ələkbərov-Yekaterina Kotlyarova və Vladimir Dolmatov-Anastasiya Koltunova duetləri cədvəldə müvafiq olaraq 13-cü və 14-cü yerləri tutublar. Dolmatov özü fərdi qrupda 14-cü, Ələkbərov isə 17-ci olub.

Xatırladaq ki, aerobika bu ildən Azərbaycan Gimnastika Federasiyasında inkişaf edən altı digər gimnastika növündən biridir.

Bədii gimnastikaya gəldikdə, ötən həftəsonu Korbey-Esonedə (Fransa) dünya kubokunun növbəti mərhələsi başa çatıb.

Aldığı zədənin müalicəsi ilə əlaqədar yarım illik fasilədən sonra çıxış edən halqa üzrə 2014-cü ilin Azərbaycan çempionu Lalə Yusifova topla final hərəkətləri üzrə 6-cı yeri tutub. O, yarım baldan da az fərqlə belarus Yekaterina Qalkinadan və rus Aleksandra Soldatovadan geri qalıb. Dünya çempionatında qızıl mükafatı dünya çempionu Qanna Rizatdinova (Ukrayna) qazanıb.

Digər iştirakçımız Nilufər Niftalıyeva çoxnövçülükdə 12-ci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti